Ana Sayfa > Parlament > Şəmkirlilər yeni zəfərlər naminə YAP-ın namizədini dəstəkləyirlər
Şəmkirlilər yeni zəfərlər naminə YAP-ın namizədini dəstəkləyirlər23-08-2024, 18:14. Yazar: sevinc1 |
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 103-saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun YAP Şəmkir rayon təşkilatının qərərgahında təhsil sahəsində çalışan seçicilər, eyni zamanda rayonun Şiştəpə və İrmaşlı kəndlərinin seçicilərilə də görüşü olub. Görüşlərdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Yeni Azərbaycan Partiyasının gördüyü işlər, Prezident, partiya Sədri İlham Əliyevin düzgün və məqsədyönlü siyasətinin xalqımızı Yeni Azərbaycanla yeni hədəflərə doğru inamla, uğurla aparmasından danışıb. F.Vəliyev seçki marafonuna “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan partiyanın yüksək səviyyədə təşkil olunan təbliğat-təşviqat kampaniyası barədə məlumat verib. Müstəqillik tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan xalqının YAP-a olan inamından bəhs edən təşkilat sədri partiyanın bu seçkilərdə də mütləq qələbə qazanacağına əminliyini ifadə edib. Daha sonra çıxış edən deputatlığa namizəd Nurlan Həsənov ölkəmizin hərtərəfli inkişaf etməsindən və insanların rifah halının gündəngünə yaxşılaşmasından bəhs edib. N.Həsənov qeyd edib ki, Azərbaycan işıqlı və parlaq gələcəyə doğru inamla addımlayır. O vurğulayıb ki, yeni dövr Azərbaycana yeni uğurlar vəd edir. Görüşdə çıxış edən seçicilər 1 sentyabr növbədənkənar parlament seçkilərində YAP – ın namizədinə səs verəcəklərini qeyd ediblər. Geri dön |