Ana Sayfa > Seçki 2024 > Milli hədəflərimiz uğrunda

Milli hədəflərimiz uğrunda


21-08-2024, 21:00. Yazar: sevinc1
Milli hədəflərimiz uğrunda

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun növbəti görüşü rayonun Türklər qəsəbəsinin seçiciləri ilə keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov açaraq seçki marafonuna “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan partiyanın yüksək səviyyədə təşkil olunan təbliğat-təşviqat kampaniyası barədə məlumat verib. Müstəqillik tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan xalqının YAP-a olan inamından bəhs edən təşkilat sədri partiyanın bu seçkilərdə də mütləq qələbə qazanacağına əminliyini ifadə edib.

Deputatlığa namizəd Şahin İsmayılov isə YAP-ın seçki platforması haqqında məlumat verib. Yeni Azərbaycan Partiyasının Sədri, dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən çoxşaxəli siyasətin uğurlarından bəhs edən Şahin İsmayılov görülən işlərin əhəmiyyətindən danışıb. O, YAP-ın fəaliyyətinin Azərbaycan xalqı tərəfindən dəstəkləndiyini vurğulayıb.

Tədbirdə həmçinin, seçki qərargahının üzvləri Şəmistan İbrahimov, Səxavət Məmmədov, qəsəbə sakinləri İbrahim Şövkətov, Saleh Feyzulov, İsrafil Nifərov, Məhəmməd Nilufər və başqaları çıxış edərək seçiciləri sentyabrın 1-də keçiriləcək seçkilərdə aktiv iştirak etməyə və YAP-ın namizədi Şahin İsmayılova səs verməyə dəvət ediblər.

Qeyd edək ki, Şahin İsmayılovun rayonun İkinci Şahsevən kəndində də seçicilərlə görüşü keçirilib.
Geri dön