Ana Sayfa > Özəl > Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir
Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir23-08-2024, 16:08. Yazar: sevinc1 |
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına rəsmi səfəri haqqında məlum olduğu kimi avqustun 18-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Regionun diqqət obyektinə çevrilən paytaxt Bakıda baş tutan bu görüş xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin gücləndirilməsi baxımından mühüm hesab edilən bu səfər həm də Azərbaycanın və birbaşa Prezident İlham Əliyevin siyasətinin gücünü göstərir. Bu səfər xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyət daşımaqla yanaşı, dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq. Humanitar əməkdaşlıq sahəsinə də həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.Dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizlərindən söz açan ölkə başçısı söylədi ki, regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır.Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür.2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları bu gün uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.Bu gün dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdik. Hətta nümayəndə heyətlərinin tərkibinə nəzər salmaq kifayətdir ki, dövlətlərarası strukturların fəaliyyət sferasının, əslində, nə qədər geniş olduğunu görərsən. Regional təhlükəsizlik məsələləri də dövlətlərarası münasibətlərin vacib aspektlərindən biridir. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib və bu, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bu baxımdan, bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasındakı qarşılıqlı fəaliyyətdən asılıdır. Məlum olduğu kimi bu ilin noyabrında Bakıda COP-29 beynəlxalq səviyyəli iqlim konfransı keçiriləcək. Bir çox dünya ölkələrinin qatılacağı bu konfrans Rusiya tərəfindən də dəstəklənir. Bu konfransın Rusiya tərəfindən dəstəklənməsi müstəsna əhəmiyyət kəsb edir. Düşünürəm ki, Azərbaycan və Rusiya dövlətinin əməkdaşlığı daimidir. Elə avqustun 19-da Bakıda keçirilən görüş bunu bir daha təsdiqləyir. Görüşü zamanı bir sıra sənədlər imzalanmışdır. İmzalanan sənədlər dövlətimizin gələcək inkişafı üçün atılan mühüm bir addımdır və hər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə böyük töhfələr verəcək. Kəklik İbrahimova, Gədəbəy rayon Düzyurd kənd tam orta məktəbinin direktoru - fəal gənc Geri dön |