Ana Sayfa > Manşet > Ermənistan Hamburq görüşü ilə bağlı hələ də cavab verməyib

Ermənistan Hamburq görüşü ilə bağlı hələ də cavab verməyib


1-12-2016, 14:17. Yazar: admin


“Hər dəfə deyirik ki, biz imitasiya üçün danışıqlar aparmırıq. Biz gərək sülh naminə işləyək”.

Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinadan olan həmkarı İqor Çrnadakla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir Ermənistan tərəfinin hələ də Hamburq görüşü ilə bağlı cavab vermədiyini bildirib.

“Onlar görüşdən də qaçırlar. Demək sülh prosesinə dəstək vermirlər”, - deyə nazir qeyd edib.
Geri dön