Ana Sayfa > Manşet / Siyasət / Aia TV / Parlament > Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin seçicilərlə növbəti görüşü keçirilib
Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin seçicilərlə növbəti görüşü keçirilib23-08-2024, 15:18. Yazar: sevinc1 |
VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev 28 saylı Sabunçu üçüncü seçki dairəsindən olan seçicilərlə növbəti görüşünü keçirib. Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə növbəti görüş Maştağa qəsəbəsindəki parkda baş tutub. İlk öncə deputatlığa namizəd, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin seçki platforması seçicilərə təqdim edilib. Eldar Quliyev seçicilərlə artıq növbəti görüşünün səmimi bir ab-havada keçdiyini qeyd edib. Bildirib ki, bu Azərbaycanın hər yerində olduğu kimi Bakıətrafı kənd və qəsəbələrdə inkişaf, sosial-iqtisadi islahatlar uğurla icra edilib. Ölkəmizin hər yerində olan inkişaf dinamikası insanların sosial rifah halına da müsbət təsir göstərib. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu siyasətin bariz nümunəsi olduğu qeyd edilib. Vurğulanıb ki, bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan bu gün regional və qlobal miqyasda söz sahibinə çevrilib. Ümummilli Lider Heydər Əliyev strategiyasının ən layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi iləölkəmizin dünyadakı nüfuzu gündən-günə artır. Bakı artıq mötəbər tədbirlərin məkanı kimi xarakterizə edilir. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 beynəlxalq tədbiri Azərbaycana, cənab Prezident İlham Əliyevə göstərilən növbəti etimadın və yüksək hörmətin bariz nümunəsidir”. Deputatlığa namizəd, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən birgünlük antiterror tədbirlərinin nəticəsi olaraq ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini, bütün sərhədlərimizdə şanlı üçrəngli bayrağımızın qürurla dalğalandığını vurğulayıb: “Artıq Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda nəhəng layihələr icra edilir, 30 ilə yaxın Ermənistanın işğalı, ərazilərdə erməni vandalları tərəfindən həyata keçirilən barbarlığın izləri silinir, bu torpaqların əsl sahiblərinin geri dönərək əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışını təmin edəcək işlər icra edilir. Qarabağ və Şərqi Zəngəzurun cənnətməkan bir diyara çevrililməsi üçün onun bütövlükdə Azərbaycanın iqtisadi coğrafiyası ilə bağlarının bərpasına xidmət edən mühüm layihələr icra olunur. Azad edilmiş torpaqlarımızda bu gün ağıllı şəhər, ağıllı kənd konsepsiyasına uyğun olaraq “yaşıl enerji” layihələri uğurla həyata keçirilir. Maştağadakı mərkəzi parkda seçicilərlə səmimi söhbət aparan Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev bir sıra təklif və problemləri dinləyib, onların həlli istiqamətində bundan sonra da ardıcıl olaraq addımlar atılacağını vurğulayıb. Bilgəh, Maştağa, Zabratdan olan seçicilər Eldar Quliyevə təşəkkürlərini bildiriblər. Vurğulayıblar ki, Eldar müəllim deputat olduğu dönəmlərdə onların hər bir müraciətinə diqqətlə yanaşıb və qaldırılan hər bir məsələnin həlli istiqamətində öz köməkliyini göstərib. Seçicilər bir daha əmin ediblər ki, 1 sentyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkilərində növbəti dəfə Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevə səs verəcəklər. Geri dön |