Ana Sayfa > Özəl > Yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır

Yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır


23-08-2024, 13:23. Yazar: sevinc1
Yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır

Ölkələrimizdə dövlət başçıları səviyyəsində mütəmadi görüşlər keçirilir. Prezident İlham Əliyevin cari ilin 19 avqust tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda qeyd edildiyi kimi, Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Rusiya və Azərbaycan və iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin və humanitar əlaqələrə arxalanır.
Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.  Hər iki dövlət başçısı bu səfərin ölkələrimiz üçün əhəmiyyətindən, imzalanan sənədlərdən və gələcək perspektivlərdən məlumat verdilər. Prezident İlham Əliyevin qeyd etdi ki, bu gün qəbul edilən sənədlər bir daha dostluq və müttəfiqlik xarakterini təsdiqləyir. Hələ 2022-ci ilin fevralında qarşılıqlı müttəfiqlik haqqında imzalanan Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Cənab Prezident çıxışında Cənubi Qafqazda uzunömürlü sülhün bərpası yeni bir şəraitə yol açdığını bildirdi. Regionda təhlükəsizlik və sabitlik Rusiya ilə Azərbaycan arasında sıx fəaliyyətdən aslıdır. Müstəsna əhəmiyyətə malik olan regional nəqliyyat dəhlizləri, Şimal-Cənub layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər də bu görüşdə diqqət mərkəzində oldu. Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir, Azərbaycan ilə Rusiyanın qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələri ilə bağlı olması dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” iki ölkə arasında siyasi dialoqu, ticari-iqtisadi inkişafı, investisiya qoyuluşu məsələlərini, yeni nəqliyyat dəhlizlərinin yaradılması, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və digər sahələr üzrə yol xəritələrini özündə əks etdirir.
Ümumi olaraq, bütün bunlar Azərbaycan və Rusiya dövlətinin ən yuxarı səviyyədə dost və müttəfiqliyinin müsbət nəticəsidir. İki dövlət ildən-ilə strateji tərəfdaşlıq və müttəfiqliyi möhkəmləndirməklə regionda birlik nümunəsi olacaq. İmzalanan sənədlərin istiqamətlərinin çoxşaxəli olması iki dövlət arasındakı münasibətlərin dərinliyinin göstəricisidir. Azərbaycan etibarlı tərəfdaş kimi həmişə üzərinə götürdüyü öhdəliyə sadiq qaldığı üçün Rusiya ilə imzalanan sənədlərin məzmunu da geniş fəaliyyət sahələrini əhatə etməkdədir.

Rustam Hüseynov,
Gədəbəy “32 Nömrəli Yol İstismarı” MMC – Ərazi partiya təşkilatının sədri

Geri dön