Ana Sayfa > Dünya > Ukrayna “Kavkaz” limanında Rusiya gəmisini vurdu

Ukrayna “Kavkaz” limanında Rusiya gəmisini vurdu


23-08-2024, 12:02. Yazar: sevinc1
Ukrayna “Kavkaz” limanında Rusiya gəmisini vurdu

Ukrayna Hərbi Dəniz Qüvvələri Krasnodar vilayətində yerləşən “Kavkaz” limanında Rusiyaya məxsus “Conro Trader” gəmisini vurub.

aia.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk əsdiqləyib.

O qeyd edib ki, gəmi işğal qüvvələrini təmin etmək üçün Rusiya hərbi logistikasının mühüm zəncirlərindən biri idi.

Pletençuk bildirib ki, gəmi ilə yanacaq və sürtkü materialları daşınıb, o, həm də Rusiya ordusu üçün silahların daşınması üçün istifadə olunub.

aia.az
Geri dön