Ana Sayfa > Özəl > Həddindən artıq istilərlə bağlı qorxulu proqnoz! 5 dəfə artacaq..
Həddindən artıq istilərlə bağlı qorxulu proqnoz! 5 dəfə artacaq..23-08-2024, 10:26. Yazar: sevinc1 |
Avropa İttifaqı Komissiyasının Birgə Araşdırma Mərkəzinin (JRC) hazırladığı hesabata görə, 2100-cü ildə Avropada həddindən artıq istilər səbəbindən ölümlərin 5 dəfə artacağı gözlənilir. Avropaya təsir edən temperaturla bağlı qorxulu proqnoz verildi.Avropa İttifaqı (Aİ) Komissiyasının Birgə Araşdırma Mərkəzinin (JRC) hazırladığı hesabata görə, 2100-cü ildə Avropada istidən ölüm hallarının bu günə nisbətən 5 dəfə artacağı gözlənilir. “The Lancet Public Health” jurnalı tərəfindən dərc edilən və iqlim dəyişikliyinin Avropada, xüsusən də 27 Aİ ölkəsində, həmçinin Böyük Britaniya, İsveçrə və Norveçdə hava istiliyinə təsirlərini müzakirə edən JRC-nin hesabatı narahatlıq yaradıb.Avropada ilk dəfə bölgələrə görə ölüm nisbətlərinin təhlilini verən bu araşdırma, qitə səviyyəsində istiliklə bağlı səbəblərdən ölümlərin 2100-cü ildə orta hesabla üç, bəzi yerlərdə isə 5 dəfə artacağını ortaya qoydu. Hesabatdakı proqnozlara uyğun olaraq, hazırda Avropada hava istiliyinə görə 43 min 729 adam həyatını itirərkən, 2100-cü ildə bu rəqəmin orta hesabla 128 min 809-a yüksələcəyi gözlənilir. Hesabata görə, 2100-cü ilə qədər havanın temperaturu ilə bağlı ölüm hallarının ilk növbədə Avropanın cənub bölgələrini əhatə edəcəyi, Aİ ölkələrində İspaniya, İtaliya, Yunanıstan və bu səbəbdən ölümlərin 5 dəfəyə qədər arta biləcəyi bildirilib. aia.az Tərcümə şöbəsi Geri dön |