Ana Sayfa > İdman > AFFA-dan “Neftçi”nin legioneri ilə bağlı
AFFA-dan “Neftçi”nin legioneri ilə bağlı22-08-2024, 18:00. Yazar: sevinc1 |
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” klubunun müraciətinə baxıb. aia.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Ervin Koffi ilə bağlı şikayəti qismən təmin edilib. Azərbaycan Premyer Liqasının II turunda “Səbail”lə 1:1 hesablı heç-heçə ilə nəticələnən matç bitdikdən sonra azarkeşlərə kənar əşya atan oyunçuya 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilib. Cinah müdafiəçisinə üç aylıq sınaq müddəti verilib. Bundan başqa, kluba tətbiq olunan 2000 manat cərimə qərarı da qüvvədə saxlanılıb. aia.az Geri dön |