Ana Sayfa > Aia TV / Seçki 2024 > Tariximizin yeni dövrü

Tariximizin yeni dövrü


22-08-2024, 14:01. Yazar: sevinc1
Tariximizin yeni dövrü

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Şabran rayonunda seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir. O, parlament seçkilərinin xalqın YAP-a inamının növbəti ifadəsi olacağını vurğulayıb.

Çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, Azərbaycan əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi, dünyəvi və unitar dövlət quruculuğunu özünün inkişaf yolu seçib: “Demokratik dəyərlərə sədaqət, plüralizm, insanların azadlığı və bərabərliyi, ictimai rəyin nəzərə alınması, YAP-ın fəaliyyətinin siyasi əsaslarıdır. Ona görə də xalqımız YAP-a inanır, onun fəaliyyətini təqdir edir və daim etimad göstərir”.

Tədbir iştirakçılarından Hafiz Quliyev və digərləri çıxış ediblər. Natiqlər YAP-ın cəmiyyətdə artan nüfuzundan geniş bəhs edərək seçiciləri partiyanın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini və səs verəcəklərini vurğulayıblar.
Geri dön