Ana Sayfa > Karusel > 111 saylı Zaqatala–Balakən seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Azər Kərimlinin üstünlüyünü göstərdi

111 saylı Zaqatala–Balakən seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Azər Kərimlinin üstünlüyünü göstərdi


19-08-2024, 13:03. Yazar: sevinc1
111 saylı Zaqatala–Balakən seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Azər Kərimlinin üstünlüyünü göstərdi

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də Zaqatala və Balakən rayonularında olmuş,111 saylı Zaqatala–Balakən seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində şəhərimizin bu ərazisində formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 60,1%-ni kişilər, 39,9%-ni isə qadınlar təşkil edib. Respondentlərin 19,8%-i 18-29 yaş, 26,2%-i 30-39, 27,6%-i 40-49, 21,7%-i 50-59 yaş, 4,7%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 36,8%-i orta təhsilli, 29,3%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 30,4%-i ali təhsilli vətəndaşlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “111 saylı Zaqatala–Balakən seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin demək olar ki, hamısı VI çağırış Milli Məclisin deputatı Azər Kərimlini yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd həm əvvəlki illərdə Parlamentdə uğurlu fəaliyyəti, həm də bölgə sakinlərinə daim diqqət və qayğı ilə yanaşması ilə seçicilərin böyük hörmət və rəğbətini qazana bilmişdir.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 59,7%-i Azər Kərimlinin, 21,4%-i digər namizədlərin adını çəkmiş, 16,8% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 2,1%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 111 saylı Zaqatala–Balakən seçki dairəsində deputatlığa namizəd Azər Kərimlinin ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir.
Geri dön