Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Putin amerikalı boksçuya Rusiya vətəndaşlığı verib
Putin amerikalı boksçuya Rusiya vətəndaşlığı verib13-09-2015, 13:13. Yazar: admin |
Rusiya prezidenti Vladimir Putin amerikalı boksçu Roy Consa Rusiya vətəndaşlığı verib APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, fərman Kremlin rəsmi saytında dərc olunub. "1969-cu ilin yanvarın 16-da ABŞ-da anadan olmuş Cons Roy Levestanın Rusiya Federasiyasının vətəndaşlığına qəbul olunması haqqında ərizəsi təmin edilsin", deyə fərmanda bildirilir. Qeyd edək ki, Roy Cons bundan əvvəl onun vətəni ABŞ-dan Rusiyada daha çox qiymətləndirildiyini bildirib və Krıma səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə baş tutmuş görüşündə ona Rusiya vətəndaşlığının verilməsini xahiş edib. Geri dön |