Ana Sayfa > Aia TV / Parlament > YAP daha böyük uğurlar qazanmaq iqtidarındadır
YAP daha böyük uğurlar qazanmaq iqtidarındadır21-08-2024, 19:09. Yazar: sevinc1 |
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin rayonun Qaysa kəndinin seçiciləri ilə görüşü keçirilib. aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev YAP-ın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq seçkilərin önəmindən bəhs edib, qazanılan uğurlar və qarşıda duran hədəfləri diqqətə çatdırıb. Görüşdə çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev bildirib ki, bu gün Azərbaycanda görülən işlər, bütün sahələrdə əldə olunan uğurlar gələcək inkişafımızın zəmanətidir. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən islahatlar dövlətimizin və xalqımızın təkcə bu gününü deyil, gələcək inkişaf perspektivlərini hədəfləyir. Təşviqat qrupunun üzvü Meysarat Qaysayeva, kənd sakinləri Aynurə Bağmanova, Eldəniz Doldolov, Bəşir Çöpsiyev, Günay Terçiyeva çıxış edərək ölkəmizin hərtərəfli inkişafında YAP-ın müstəsna rolunu qeyd edib, partiyanın bundan sonra da ölkəmizə böyük uğurlar qazandırmaq iqtidarında olduğunu deyiblər. Sonra seçicilərin təklif və müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, həmin gün deputatlığa namizəd Nəsib Məhəməliyev Balakən rayonunun Qabaqçöl qəsəbə seçiciləri ilə də görüş keçirib. Geri dön |