Ana Sayfa > Özəl / Aia TV > Oğuzlular yüksək rifaha səs verəcək!

Oğuzlular yüksək rifaha səs verəcək!


21-08-2024, 17:51. Yazar: sevinc1
Oğuzlular yüksək rifaha səs verəcək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Qurbanov Eyvaz Daşdəmir oğlunun Oğuz rayonunun Böyük Söyüdlü, Qarabulaq, Caldaş, Çayqovuşan kəndindən olan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirildi ki, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin partiyanın fəaliyyəti ilə bilavasitə bağlı olduğunu deyib. Partiyamızın bu seçklərdə hədəfləri var və bu sizin köməyinizlə hədəflərə çatmalılyıq. Əminliklə söyləmək olar ki, bu günə qədər əldə olunan uğurlar Azərbaycanın regionun lider dövlətinə çevrilməsini, dünyada qalib və qüdrətli ölkə kimi tanınmasını şərtləndirib. Hazırda qarşımızda dayanan başlıca məqsəd növbəti milli hədəflərimizin gerçəkləşdirilməsidir. O, deputatlığa namizəd Eyvaz Qurbanovun keçdiyi həyat yolu haqqında seçicilərə məlumat verdi. Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə çağırıdı.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd etdi ki, partiyanın bütün sınaqlardan şərəflə çıxıb, ilk gündən xalqın partiyası kimi nüfuz qazanıb. Vurğulayıb ki, YAP yarandığı gündən ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Daim Azərbaycanın daha güclü, qüdrətli olmasına, xalqımızın yüksək rifah şəraitində yaşamasına səy göstərir. Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb.
Eyvaz Qurbanov çıxışında seçiciləri 01 sentyabr parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirlərdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Nazim Hüseynli, Reyhan Yusubova qeyd ediblər ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər Oğuz rayonu Böyük Söyüdlü kənd sakinləri Murat Virişanov, İsmayıl Məmmədov, Qarabulaq kənd sakinləri Elçin Yusifov, Vidadi Osmanov və digərləri 01 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.
Geri dön