Ana Sayfa > Aia TV / Parlament > Dinamik inkişaf yolunda inamla irəli

Dinamik inkişaf yolunda inamla irəli


21-08-2024, 16:36. Yazar: sevinc1
Dinamik inkişaf yolunda inamla irəli

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 61 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun rayonun Hil və Köhnə Xudat kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O,qeyd edib ki, ölkəmiz artıq yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Qarşıdan gələn parlament seçkiləri ölkəmizdə ilk növbədə siyasi sabitlik və sosial rifahın yüksəlişinə xidmət edəcək.

aia.az yap.org-a istinadən xəbər verir ki,deputatlığa namizəd Azər Badamov isə YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib. O, çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə nəzərdə tutulmuş bütün işlərdə xalqın rifahının ön planda olduğunu və deputat seçiləcəyi təqdirdə qarşıya qoyulmuş hədəflərə çatmaqda səylə çalışacağını bildirib.

Görüşdə çıxış edən kənd sakinləri Samirə Pənahova, Saleh Daşdəmirov, Sədəf Orucəliyeva, Nurbala Rzayev YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
Geri dön