Ana Sayfa > Özəl > E L A N

E L A N


22-07-2024, 15:51. Yazar: sevinc1
E L A N

“AzRe Təkrarsığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!

“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1-ci maddəsinin tələblərini rəhbər tutaraq Cəmiyyətin bütün səhmdarlarının nəzərinə çatdırır ki, Cəmiyyətin Direktorlar Şurasının 22 iyul 2024-cü il tarixli qərarına əsasən 22 avqust 2024-cü il tarixində, saat 11:00-da Cəmiyyətin Bakı şəhəri A.Bakıxanov küçəsi 6 ünvanında yerləşən “Bridge Plaza”nın 8-ci mərtəbəsindəki ofisində “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların 22 avqust 2024-cü il tarixində keçiriləcək növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:

Cəmiyyətin 2023-cü il üzrə mövcud olan bölüşdürülməmiş mənfəətinin səhmdarlar arasında dividend olaraq ödənilməsi;
Cəmiyyətin Direktorlar Şurasının və İdarə Heyətinin Əsasnamələrinə edilən dəyişikliklərin təsdiq edilməsi.

Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə səhmdarların növbədənkənar ümumi yığıncağı gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.

Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iclasın keçirilmə tarixə qədər Cəmiyyətin yuxarıda qeyd olunan ünvanda yerləşən ofisində tanış ola və öz təkliflərini verə bilərlər.
Geri dön