Ana Sayfa > Gündəm > Meyiti tapılan iş adamı ilə bağlı YENİ TƏFƏRRÜAT: "Qardaşı pəncərəni qırdı…"

Meyiti tapılan iş adamı ilə bağlı YENİ TƏFƏRRÜAT: "Qardaşı pəncərəni qırdı…"


21-08-2024, 15:15. Yazar: sevinc1
Meyiti tapılan iş adamı ilə bağlı YENİ TƏFƏRRÜAT: "Qardaşı pəncərəni qırdı…"

Paytaxtın Nəsimi rayonu Alı Mustafayev küçəsi, 11 ünvanında baş verən hadisəsinin bəzi təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, əslən Biləsuvar rayonundan olan, 1979-cu il təvəllüdlü Sədi Zöhrablı həyatını özü sonlandırıb.
Hadisə yerinə ilk olaraq qardaşının gəldiyi bildirilib. O, pəncərəni qıraraq qapını açıb, qardaşını xilas etməyə çalışsa da, alınmayıb.Qeyd edilib ki, "Atasığorta" şirkətinin "Memar Əcəmi" filialının rəhbəri olan S.Zöhrablı ailəli olub və üç övladı var.
Məlumat üçün bildirək ki, Sədi Zöhrablının atası Fail Məmmədov Əməkdar həkimdir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

10:07

Xəbər verdiyimiz kimi, Bakıda vəzifəli şəxsin meyiti tapılıb.
AİA.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, S.Zöhrablının atası Fail Məmmədov Azərbaycanın Əməkdar həkimidir və uzun müddət cərrah kimi çalışıb.

08:35

Bakıda obyektdən vəzifəli şəxsin meyiti tapılıb.

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində 1979-cu il təvəllüdlü Sədi Zöhrablının icarəyə götürdüyü obyektdən meyiti aşkarlanıb.
Məlumata görə, S.Zöhrablı "Atasığorta" şirkətində departament direktorudur.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır
Geri dön