Ana Sayfa > Karusel > 115 saylı Şəki kənd ikinci seçki dairəsind keçirilən sorğunun nəticələri deputatlığa namizəd Cavanşir Feyziyevin tam üstünlüyünü göstərdi
115 saylı Şəki kənd ikinci seçki dairəsind keçirilən sorğunun nəticələri deputatlığa namizəd Cavanşir Feyziyevin tam üstünlüyünü göstərdi19-08-2024, 14:05. Yazar: sevinc1 |
![]() aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də Şəkidə olmuş, 115 saylı Şəki kənd ikinci seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər. Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində şəhərimizin bu ərazisində formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir. Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 61,7%-ni kişilər, 38,3%-ni isə qadınlar təşkil edib. Respondentlərin 18,2%-i 18-29 yaş, 26,9%-i 30-39, 23,5%-i 40-49, 21,8%-i 50-59 yaş, 9,6%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 30,1%-i orta təhsilli, 26,7%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 39,8%-i ali təhsilli vətəndaşlardır. İlk növbədə respondentlərimizə ünvanladığımız “115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin demək olar ki, hamısı VI çağırış Milli Məclisin deputatı Cavanşir Feyziyevi yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd həm əvvəlki illərdə Parlamentdə uğurlu fəaliyyəti, həm də rayon sakinlərinə daim diqqət və qayğı ilə yanaşması ilə seçicilərin böyük hörmət və rəğbətini qazana bilmişdir. “Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 70,5%-i Cavanşir Feyziyevin, 19,3%-i digər namizədlərin adını çəkmiş, 8,7% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 1,5%-i isə “heç kimə” cavabını vermişdir. Göründüyü kimi sorğunun nəticələri 115 saylı Şəki kənd ikinci seçki dairəsində deputatlığa namizəd Cavanşir Feyziyevin ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir. Artıq qeyd etdiyimiz kimi, biz sorğu prosedurunun illər boyu formalaşmış sxeminə bir yenilik gətirmək məqsədlə sorğuda iştirak edən bəzi respondentlərimizin maraq doğuran cavablarını olduğu kimi sizlərə təqdim edirik: Gülnaz Quluyeva: Bax, ay qızım, Cavanşir müəllimi hamı yaxşı tanıyır. Qapısına gedən bir adamı əliboş geri döndərməz. Hər kəsin dərdi-səri ilə maraqlanar, xeyir-şərində yardım edər. Buna görə də hamı onu sevir və elə bilirəm ki, bizim deputatımız da elə Cavanşir müəllim olmalıdır... Dadaş Kərimov: Hamımız bilirik də, bu səsvermənin qaydası budur ki, seçki gizli olmalıdır. Amma mən aşkar deyirəm ki,Cavanşir Feyziyevə səs verəcəyəm. Bilirsən niyə, ay oğul? Çünki indiyə kimi onun yanına bir çətinliklə bağlı gedən heç kim ordan əliboş dönməyib. İnan ki, mənim tanıdığım adamlar var, qonşu rayonuda yaşayırlar (gülür), onlar da öz problemləri ilə Cavanşir müəllimin yanına gedirlər. O da qəbul edir a, qəbul da edir, köməklik də göstərir... aia.az Geri dön |