Ana Sayfa > Parlament > Qadın seçicilər YAP-ın namizədinə səs verəcək
Qadın seçicilər YAP-ın namizədinə səs verəcək20-08-2024, 20:30. Yazar: sevinc1 |
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın YAP Qaradağ rayon təşkilatının qərargahında Lökbatan qəsəbəsində yaşayan qadın seçicilərlə görüşü keçirilib. aia.az yap.org-a istinadən xəbər verir ki, çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev qadınların hər zaman Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını bildirib. O, YAP-ın "Yeni dövrə yeni Azərbaycanla!" şüarı ilə parlament seçkilərində iştirak etdiyini diqqətə çatdıraraq qadın seçicilərin dəstəyi ilə YAP-ın namizədi Səbinə Xasayevanın digər namizədlər üzərində qələbə qazanacağına əmin olduğunu qeyd edib. Görüşdə çıxış edən deputatlığa namizəd Səbinə Xasayeva YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, müstəqil Azərbaycanın gələcək inkişafında qadınların üzərinə məsul vəzifələr düşür. O qadın seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və layiqli namizədlərə səs verməyə çağırıb. Tədbir iştirakçılarından Cəmilə Xanmuradova, Leyla Mirzəyeva, Xanım Tarverdiyeva, Rəna Kərimova, Səbinə Şirinzadə, Validə Əliyeva və başqaları çıxış edərək seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar. Geri dön |