Ana Sayfa > Seçki 2024 > YAP yeniliklər və qələbələr partiyasıdır

YAP yeniliklər və qələbələr partiyasıdır


20-08-2024, 21:00. Yazar: sevinc1
YAP yeniliklər və qələbələr partiyasıdır

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı təbliğat–təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 41 saylı Gəncə - Samux – Goranboy seçki dairəsindən namizədliyi irəli sürülmüş Müşfiq Cəfərov Gəncə şəhərində seçicilərlə növbəti görüş keçirib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına siyasi mirası olan Yeni Azərbaycan Partiyası şanlı tarixi yol keçib. O, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Deputatlığa namizəd Müşfiq Cəfərov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, Yeni Azərbaycan Partiyası yeniliklər və qələbələr partiyasıdır: “Azərbaycanın tarixi Zəfərə imza atması, ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi ölkəmiz üçün yeni perspektivlər yaradıb”. Görüşlərdə çıxış edən seçicilər bildiriblər ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal olacaq və qalib olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Geri dön