Ana Sayfa > Siyasət > Ukrayna Kurskda hansı uğurları qazandı? - Markov
Ukrayna Kurskda hansı uğurları qazandı? - Markov20-08-2024, 19:30. Yazar: sevinc1 |
Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatını Rusiyanın tanınmış politoloqu Sergey Markov qiymətləndirib. Aia.Az axar.az-a istinadən bildirir ki, bu barədə rusiyalı politoloq sosial şəbəkə hesabında yazıb. Markov Ukrayna ordusunun qarşısına qoyduğu hədəf və məqsədləri 1-dən 5-ə qədər balla bu cür dəyərləndirib: 1. Kursk vilayətinin ərazisini gələcəkdə Xarkovun ərazisi ilə mübadilə etmək üçün ələ keçirmək; Qismən uğurludur, amma onu saxlamaq mümkün olacaqmı? Qiymət 4 - hələlik! 2. Rus qoşunlarını Donbas cəbhəsindən uzaqlaşdırmaq. Demək olar ki, uğursuz oldu: qiymət - 2. 3. Ukrayna Silahlı Qüvvələrində ruh yüksəkliyi yaratmaq. Uğurlu oldu: qiymət - 4. 4. Ukrayna cəmiyyətinin rejimini dəstəkləyən hissəsində ruh yüksəkliyi yaratmaq. Uğurlu oldu: qiymət - 4. 5. Dünyada Ukrayna və Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya məğlub olması təsəvvürünü dəyişdirmək. Uğurlu oldu: qiymət - 4. Ətraflı 6. Rusiyada müharibəyə qarşı etirazları stimullaşdırmaq. İşə yaramadı: qiymət - 0. 7. Putinin bir lider kimi şəxsiyyətinə ağrılı, təhqiredici zərbə endirmək. Demək olar ki, uğursuz oldu: qiymət - 2. 8. Mübadilə üçün məhbus toplamaq. Qismən uğurlu: qiymət - 4. 9. Rusiyanın mülki əhalisindən girov toplamaq. Tam uğur qazandı: qiymət - 5. 10. Kursk AES-i ələ keçirmək. Uğursuz oldu: qiymət - 1. 11. Eskalasiya ilə Rusiyanın "qırmızı xətlərini" keçməkdə Qərbi təşviq etmək. Uğurlu oldu: qiymət - 4. 12. İşğal ərazisini Belqorod və Bryanska qədər genişləndirmək. Uğursuz oldu: qiymət - 1. 13. 12 bənd üzrə ümumilikdə 35 bal. Hər bənd üçün təxminən 3 bal edir. Məntiqlidir. Geri dön |