Ana Sayfa > Gündəm / Karusel > Havanın temperaturu aşağı enəcək – XƏBƏRDARLIQ

Havanın temperaturu aşağı enəcək – XƏBƏRDARLIQ


30-11-2016, 13:27. Yazar: admin


Dekabrın 1-dən 3-ü gündüzədək Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ölkə ərazisində arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
Geri dön