Ana Sayfa > Aia TV / Seçki 2024 > Qusarlılar YAP-ın namizədini dəstəkləyir

Qusarlılar YAP-ın namizədini dəstəkləyir


20-08-2024, 17:08. Yazar: sevinc1
Qusarlılar YAP-ın namizədini dəstəkləyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun rayon ziyalıları və ağsaqqalları ilə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov 44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə yeni reallıqlardan irəli gələn böyük məqsədlərin olduğunu dilə gətirib. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız dünya siyasi arenasında nüfuz sahibi kimi tanınır. Təşkilat sədri vurğulayıb ki, sadalanan uğurların qazanılmasında YAP-ın müstəsna xidmətləri var.

Daha sonra çıxış edən deputatlığa namizəd Azər Badamov YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib. O, çıxışında görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb. A.Badamov bildirib ki, YAP-ın təşəbbüsləri ölkəmizin siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir: “Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib.Yeni hədəflərə nail olmaqda böyük uğurlara imza atacaq YAP-ın namizədi olaraq ziyalıları və ağsaqqalları parlament seçkilərində fəal iştirak etməyə çağırıram”.

Görüşdə çıxış edən Arif Xəlilov ölkəmizdə sülhün və sabitliyin, milli həmrəyliyin qorunması üçün YAP-ın namizədini dəstəkləyəcəklərini bildirib.
Geri dön