Ana Sayfa > Karusel > Lənkəranda keçirilən sorğunun nəticələri deputatlığa namizəd Cavanşir Paşazadənin üstünlüyünü göstərdi

Lənkəranda keçirilən sorğunun nəticələri deputatlığa namizəd Cavanşir Paşazadənin üstünlüyünü göstərdi


18-08-2024, 14:15. Yazar: sevinc1
Lənkəranda keçirilən sorğunun nəticələri deputatlığa namizəd Cavanşir Paşazadənin üstünlüyünü göstərdi

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də Lənkəran şəhərində olmuş, 76 saylı Lənkəran-Masallı seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində şəhərimizin bu ərazisində formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 56,2%-ni kişilər, 43,8%-ni isə qadınlar təşkil edib. Respondentlərin 19,8%-i 18-29 yaş, 26,2%-i 30-39, 27,6%-i 40-49, 21,7%-i 50-59 yaş, 4,7%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 46,8%-i orta təhsilli, 29,7%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 20,1%-i ali təhsilli vətəndaşlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin demək olar ki, hamısı VI çağırış Milli Məclisin deputatı Cavanşir Paşazadəni yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd həm əvvəlki illərdə Parlamentdə uğurlu fəaliyyəti, həm də rayon sakinlərinə daim diqqət və qayğı ilə yanaşması ilə seçicilərin böyük hörmət və rəğbətini qazana bilmişdir.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 57,8%-i Cavanşir Paşazadənin, 21,3%-i digər namizədlərin adını çəkmiş, 18,6% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 2,3%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 76 saylı Lənkəran-Masallı seçki dairəsində deputatlığa namizəd Cavanşir Paşazadənin ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir. Artıq qeyd etdiyimiz kimi, biz sorğu prosedurunun illər boyu formalaşmış sxeminə bir yenilik gətirmək məqsədlə sorğuda iştirak edən bəzi respondentlərimizin maraq doğuran cavablarını olduğu kimi sizlərə təqdim edirik:

Nisəxanım Ağababayeva: Bax, ay qızım, Cavanşir müəllimi təkcə bizim Lənkəranda deyil, bütün cənub bölgəsində uşaqdan-böyüyə hamı yaxşı tanıyır. Qapısına gedən bir adamı əliboş geri döndərməz. Hər kəsin dərdi-səri ilə maraqlanar, xeyir-şərində yardım edər. Buna görə də hamı onu sevir və elə bilirəm ki, bizim deputatımız da elə Cavanşir müəllim olmalıdır...

Mirağa Kazımov: Cavanşir müəllim təkcə bizdə yox, bütün ölkədə tanınmış hörmətli, dindar bir nəslin nümayəndəsidir. Sözün əsil mənasında Allah adamıdır. Biz sadə insanlara da lazımdır ki, səs verəcəyimiz namizəd xalqın qayğısına qalsın, şəhid ailələridir, qazilərimizdir – onları nəzərindən buraxmasın. Cavanşir müəllim də belə insandır. Ona görə də şəxsən mən bütün ailəmlə birlikdə ona səs verəcəyik...

aia.az
Geri dön