Ana Sayfa > Karusel > Yasamalda keçirilən sorğunun nəticələri deputatlığa namizəd Ülvi Quliyevin üstünlüyünü təsdiq edir

Yasamalda keçirilən sorğunun nəticələri deputatlığa namizəd Ülvi Quliyevin üstünlüyünü təsdiq edir


17-08-2024, 12:33. Yazar: sevinc1
Yasamalda keçirilən sorğunun nəticələri deputatlığa namizəd Ülvi Quliyevin üstünlüyünü təsdiq edir

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də paytaxtın Yasamal rayonunda olmuş, 15 saylı Yasamal birinci seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində şəhərimizin bu ərazisində formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 50,4%-ni kişilər, 49,6%-ni isə qadınlar təşkil edib. Respondentlərin 26,3%-i 18-29 yaş, 24,2%-i 30-39, 26,1%-i 40-49, 19,6%-i 50-59 yaş, 3,8%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 42,6%-i orta təhsilli, 31,5%-i ali təhsilli 21,7%-i orta ixtisas təhsilli, 2,1%-i natamam ali təhsilli, 2,1%-i isə tam orta təhsili olmayanlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin təxminən 62 faizi VI çağırış Milli Məclisin deputatı Ülvi Quliyevi yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd həm əvvəlki illərdə Parlamentdə uğurlu fəaliyyəti, həm də Azərbaycan idmanının inkişafında olan xidmətləri ilə təkcə Yasamal sakinlərinin deyil, bütün ölkə ictimaiyyətinin hörmət və rəğbətini qazana bilmişdir.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 57,8%-i Ülvi Quliyevin, 21.4%-i digər namizədlərin adını çəkmiş, 18,6% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 2,2%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 15 saylı Yasamal birinci seçki dairəsində deputatlığa namizəd Ülvi Quliyevin ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir. Artıq qeyd etdiyimiz kimi, biz sorğu prosedurunun illər boyu formalaşmış sxeminə bir yenilik gətirmək məqsədlə sorğuda iştirak edən bəzi respondentlərimizin maraq doğuran cavablarını olduğu kimi sizlərə təqdim edirik:

Nəsibə Qarayeva: Ay qızım, bax mən yaşlı adamam, ola bilsin ki, bu müasirlik dövründə gedən işlərdən elə də başım çıxmır. Amma insanlıq müasirliyə, köhnəliyə baxmır. Ülvi müəllim, hamı bilir, müharibənin qızğın çağında həmişə şəhid ailələrinin yanında idi. Dəfnlərdə də yaxından iştirak edirdi, məclisləri keçirməkdə də köməklik göstərirdi... Hansını deyim? Elə bilirəm ki, bu milləti də dövlətidə elə onun kimi insanlar təmsil etməlidi...

Cavanşir Rüstəmov: Hamımız bilirik də, bu səsvermənin qaydası budur ki, seçki gizli olmalıdır. Amma mən aşkar deyirəm ki, Ülvi Quliyevə səs verəcəyəm. Bilirsən niyə, ay oğul? Çünki indiyə kimi onun yanına bir çətinliklə bağlı gedən heç kim ordan əliboş dönməyib. İnan ki, mənim tanıdığım adamlar var, rayonun o biri başında yaşayırlar (gülür), onlar da öz problemləri ilə Ülvi müəllimin yanına gedirlər. O da qəbul edir , köməklik də göstərir...

aia.az
Geri dön