Ana Sayfa > Özəl > Saakaşvilinin partiyasının Gürcüstanda fəaliyyəti bir şərtlə qadağan olunacaq
Saakaşvilinin partiyasının Gürcüstanda fəaliyyəti bir şərtlə qadağan olunacaq20-08-2024, 11:13. Yazar: sevinc1 |
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası oktyabrda keçiriləcək seçkilərdə parlamentdə çoxluğu qoruyub saxlayarsa, eks-prezident Mixail Saakaşvilinin müxalif Vahid Milli Hərəkat partiyasını konstitusiyaya zidd elan etmək niyyətindədir. Gazeta.Ru Bəyanatda deyilir: “Konstitusiya çoxluğu əldə etdikdən sonra Vahid Milli Hərəkat və onun bütün peykləri və ya varislərinin konstitusiyaya zidd elan edilməsi ilə nəticələnəcək hüquqi prosesə başlayacağıq”. RT rus dilində “Gürcü Arzusu” əmindir ki, Milli Hərəkatın xaricdə hələ də himayədarları var. Artıq iki ildir ki, Gürcüstandan Rusiya Federasiyasına qarşı “ikinci cəbhə” açmağı tələb edən qüvvələr bunlardır. TASS aia.az Tərcümə şöbəsi Geri dön |