Ana Sayfa > Aia TV / Parlament > Qələbələr yolu ilə!

Qələbələr yolu ilə!


19-08-2024, 20:19. Yazar: sevinc1
Qələbələr yolu ilə!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın YAP Qaradağ rayon təşkilatının qərargahında Qaradağ rayonu, Lökbatan qəsəbəsinin seçiciləri ilə görüşüb.

aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev parlament seçkiləri və bu seçkilərə təmsil etdiyi partiyanın hazırlıq kampaniyası barədə ətraflı danışıb. O, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində hökm sürən xaos və özbaşınalığın aradan qaldırılması kimi tarixi zərurətdən yaranmış partiyanın zamanın sınaqlarından şərəflə çıxaraq möhtəşəm uğurlara imza atdığını vurğulayıb.

Qafar Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu YAP daim ölkəmizin daha da qüdrətlənməsinə, xalqımızın rifah halının yaxşılaşmasına öz töhfələrini verib.

Tədbirdə çıxış edən deputatlığa namizəd Səbinə Xasayeva Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan ətraflı bəhs edib. Partiyanın seçki platforması barədə ətraflı danışan S.Xasayeva bildirib ki, Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük uğurlara imza atıb, ölkəmizdə bütün sahələrdə böyük uğurlar əldə edilib.

Görüş iştirakçılarını qarşıdan gələn seçkilərdə fəal iştiraka çağıran Səbinə Xasayeva deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı doğrultmaq üçün var gücü ilə çalışacağını bildirib.

Tədbirdə görüş iştirakçılarından şəhid anası Rəqibə Seyidova, Zümrüd Rzayeva, Gülnar Dadaşova, Təranə Qafarova, Bahar Ayvazova və başqaları çıxış edərək bildiriblər ki, YAP dövlətimizin inkişafı və daha da qüdrətlənməsi, xalqımızın rifah halının daha da yaxşılaşması üçün lazımi addımlar atır.

Seçiciləri sentyabrın 1-də seçki məntəqələrinə dəvət edən natiqlər onları YAP-ın namizədinə səs verməyə çağırıblar.

Geri dön