Ana Sayfa > Özəl > Zaxarova Qərb mediasının Kursk bölgəsinə nüfuz etməsinə münasibətini açıqlayıb

Zaxarova Qərb mediasının Kursk bölgəsinə nüfuz etməsinə münasibətini açıqlayıb


19-08-2024, 19:24. Yazar: sevinc1
Zaxarova Qərb mediasının Kursk bölgəsinə nüfuz etməsinə münasibətini açıqlayıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Federasiyası Qərb ölkələrindən Kursk bölgəsinə medianın nüfuz etməsi ilə bağlı bütün halları qeydə alır. Bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Moskva bu cür mediaya qarşı tədbir görməyi planlaşdırır. Zaxarova onu da əlavə edib ki, bu jurnalistlərin bəzilərinə qarşı artıq cinayət işi açılıb.

“Səlahiyyətli orqanlar xarici nəşrlərin müxbirlərinin müəyyən edilmiş prosedurlardan yan keçərək Rusiya Federasiyasının suveren ərazisinə daxil olan hərəkətlərinə hüquqi qiymət vermək səlahiyyətinə malikdirlər.Xatırladaq ki, artıq bir sıra xarici KİV nümayəndələrinə qarşı Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçmələrinə görə cinayət işi açılıb. Bütün bu kimi hallar diqqətlə qeydə alınır və qaydanı pozanlara qarşı müvafiq tədbirlər görüləcək”.
Zaxarovanın sözlərinə görə, bu cür media hərəkətləri “Ukrayna rejiminin cinayətlərini gizlətmək”, həmçinin “informasiya vəziyyətini qeyri-sabitləşdirmək” üçün lazımdır. Diplomat vurğulayıb ki, Rusiya bu cür hərəkətləri Qərb ölkələrinin hibrid təcavüzdə iştirakına sübut kimi qiymətləndirəcək.

Bundan əvvəl Zaxarova həmçinin bəyan edib ki, Rusiya hüquq-mühafizə orqanları qərbli jurnalistlərin Kursk vilayətində əməlləri ilə bağlı faktları öyrənirlər.

aia.az
Tərcümə şöbəsi
Geri dön