Ana Sayfa > Gündəm > Azərbaycanda tütün məmulatlarının reklamı qadağan olunur
Azərbaycanda tütün məmulatlarının reklamı qadağan olunur29-11-2016, 16:26. Yazar: admin |
Azərbaycanda tütün və tütün məmulatların reklamı qadağan olunur, tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslərə isə sponsorluq qadağan edilir. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Qanunun 20-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Qanuna aşağıdakı məzmunda 20.3-cü maddə əlavə edilir: “Tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər". Layihə səsə qoyularaq qəbul edilib. Geri dön |