Ana Sayfa > Manşet / Siyasət / Aia TV / Parlament > “Daim irəliyə baxmalıyıq!”
“Daim irəliyə baxmalıyıq!”19-08-2024, 18:36. Yazar: sevinc1 |
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İmamverdi İsmayılovun Sumqayıt şəhərində məskunlaşmış Qubadlı və Zəngilan rayonundan olan seçicilərlə görüşü keçirilib. aia.az yap org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov və Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının qazandığı nailiyyətlərə nəzər salıb, qarşıda duran hədəflərdən bəhs ediblər. Deputatlığa namizəd İmamverdi İsmayılov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, ölkədə bütün sahələri əhatə edən islahatlar ardıcıl olaraq davam etdirilir: “Dövlət idarəçiliyinin səmərəliliyi və vətəndaş məmnunluğu artırılıb, Azərbaycan dünyada müstəqil siyasət yürüdən, özünəməxsus inkişaf yolu olan islahatçı ölkə imici qazanıb. Bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri aparılır. Bütün bunlar milli qürur mənbəyimizdir. Heç şübhəsiz, yeni hədəflərin reallaşdırılması yeni uğurlara yol açacaqdır. Ona görə də daim irəliyə baxmalıyıq”. Tədbirdə, həmçinin seçicilər Çinarə Abbasova, İlhamə Tağıyeva, Cəmilə Mehralıyeva, Vüsalə Hüseynova və digərləri çıxış edərək YAP-ın namizədinə səs verəcəklərini bildiriblər. Geri dön |