Ana Sayfa > Parlament > Güclü Azərbaycan naminə!

Güclü Azərbaycan naminə!


19-08-2024, 17:59. Yazar: sevinc1
Güclü Azərbaycan naminə!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonunun Miskinli, Plankənd, Çalburun, Çaldaş və Əlinağılar kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşlərdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatıldığını, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin partiyanın fəaliyyəti ilə bilavasitə bağlı olduğunu deyib. O vurğulayıb ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası bu seçkilərdə də möhtəşəm qələbə qazanacaq.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələrindən və qarşıda duran hədəflərdən ətraflı bəhs edib. Sevinc Hüseynova vurğulayıb ki, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan bu gün regionda yeni reallıqlar yaradıb. Bu dəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Görüşdə, həmçinin şəhid atası Saqib Əliyev, təşviqat qrupunun üzvləri Müşfiq Bağırov, Mətanət Əliyeva və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Bütün bu fundamental siyasi və iqtisadi əsaslar Yeni Azərbaycan Partiyasının seçkilərdə qələbəsini təmin edir.
Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, deputatlığa namizəd Miskinli, Plankənd, Çalburun, Çaldaş və Əlinağılar kəndlərində fərdi görüşlər də keçirib.
Geri dön