Ana Sayfa > Şou-biznes > Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb

Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb


29-11-2016, 16:25. Yazar: admin
Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb

Bakı şəhərində pulsuz “Wi-Fi” şəbəkəsinin geniş istifadəyə verilmə tarixi bəlli olub.

2017-ci ilin mart ayından etibarən Bakıda müəyyən edilmiş ərazilərdə pulsuz simsiz internet şəbəkəsindən istifadə etmək mümkün olacaq.

“Public free wi-fi” layihəsini reallaşdıracaq şirkətin meneceri Səfər Səfərov bildirib ki, pulsuz internet şəbəkəsi əsasən üç istiqamətdə yayılacaq: “İlkin olaraq Bayraq meydanı daxil olmaqla Dənizkənarı Milli Park, Fəvvarələr meydanı və “İçərişəhər” dövlət qoruğunda ictimai pulsuz “Wi-Fi” şəbəkəsi tətbiq olunacaq”.

Qeyd edək ki, hazırda qeyd edilən ərazilərdə kabelləşmə işləri aparılır. Yaxın vaxtlarda sınaq işlərinin keçirilməsi nəzərdə tutulur.
Geri dön