Ana Sayfa > Aia TV / Parlament > Qubalılar YAP-ın siyasi xəttini dəstəkləyirlər

Qubalılar YAP-ın siyasi xəttini dəstəkləyirlər


19-08-2024, 17:11. Yazar: sevinc1
Qubalılar YAP-ın siyasi xəttini dəstəkləyirlər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadə Quba rayonunun Cağacuq, Talabıqışlaq və Xaroşa kənd seçicilərilə görüşüb.

aia.az yap.org-a istinadən xəbər verir ki, görüşdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova partiyanın seçki platforması barədə məlumat verib, qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən danışıb.

Deputatlığa namizəd Əlibala Məhərrəmzadə görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dərin və hərtərəfli islahatlar kursunun mahiyyəti, onun əsas istiqamətləri və ilkin nəticələri barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı, qayğıları, üzləşdiyi problemlərin həlli dayanır: “Ölkə Prezidentinin milli maraqlara əsaslanan müstəqil siyasəti sayəsində Azərbaycan regionda, eləcə də dünyada sabitlik və təhlükəsizlik məkanına çevrilib. Xalq-hakimiyyət birliyi bu sabitliyi şərtləndirən həlledici amildir. Bu birliyi göz bəbəyi kimi qorumalı və onu daha da möhkəmləndirməliyik”.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Laçın Səfərəliyev, təşviqat qrupunun üzvləri Tahir Nuriyev, Saməddin Nəsirov, rayon ziyalısı Ramiz Həmzəyev və başqaları çıxış edərək parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildiriblər.

Çıxış edən kənd sakinləri YAP-ın siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Ə.Məhərrəmzadəyə yekdilliklə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd YAP Quba rayon təşkilatının sədri F.Hüseynova ilə birlikdə Vətən müharibəsi şəhidi Əli Bəxtiyar oğlu İbrahimovun və İlkin Qələmşah oğlu Əhədzadənin ailələrini ziyarət ediblər.
Geri dön