Ana Sayfa > Parlament > Bu günün uğurlarına, sabahın hədəflərinə səs verək!

Bu günün uğurlarına, sabahın hədəflərinə səs verək!


19-08-2024, 16:46. Yazar: sevinc1
Bu günün uğurlarına, sabahın hədəflərinə səs verək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Məmmədovun Goranboy rayon Xanqərvənd, Yeniyol, Əlirzalı və Samux rayonu İnstitut qəsəbəsində yaşayan Ağdərə rayonunun Çərəkdar, Narınclar və Kərəmli kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, tədbirləri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxışında Azərbaycanın dünyada demokratik, dinamik inkişaf edən ölkə kimi tanındığını vurğulayıb. Qeyd edib ki, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması kimi möhtəşəm tarixi hadisədən sonra yeni reallıqlar yaranıb.

Deputatlığa namizəd Anar Məmmədov isə əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, ərazi bütövlüyünü tam təmin edən Azərbaycan qalib dövlət olaraq tarixinin ən qürurlu dövrünü yaşayır.

Tədbirlərdə Elçin Cahangirov, Namiq Məmmədov, Elbəyi Manafov, Dilqəm Əvəzov və digərləri çıxışlarında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail olmasından danışıblar. Natiqlər əldə olunan tarixi Zəfərdə Yeni Azərbaycan Partiyasının rolunu da xüsusi qeyd edib, budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıblar.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. Qeyd olunub ki, YAP-ın namizədlərinə səs vermək rifahı, yüksəlişi və tərəqqini seçməkdir.
Geri dön