Ana Sayfa > Seçki 2024 > 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizəd Şəbnəm Səfərovanın seçicilərilə görüşləri davam edir

119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizəd Şəbnəm Səfərovanın seçicilərilə görüşləri davam edir


19-08-2024, 14:02. Yazar: sevinc1
119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizəd Şəbnəm Səfərovanın seçicilərilə görüşləri davam edir

119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizəd Şəbnəm Səfərova Ağdamın Bənövşələr qəsəbəsi Mədəniyyət evində, Üçoğlan kəndinin Mədəniyyət evində və Alıbəyli, Kiçikli, Sarıçoban kəndlərində seçicilərlə görüşlər keçirmişdir.

aia.az xəbər verir ki, öncə ümumilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəbnəm Səfərova sakinlərlə görüşməyin, söhbətləşməyin onun üçün böyük qürur hissi olduğunu bildirib.

"Azərbaycan yeni bir dövrə başlayır. 30 il müstəqil dövlət qurmaq, ölkə iqtisadiyyatını inkişaf etdirmək, düzgün beynəlxalq siyasət strategiyası yaratmaq üçün əslində çox az müddətdir. Bir milyona yaxın qaçqın və məcburi köçkün, işğal problemini də nəzərə alsaq ölkənin necə ağır dönəmlərdən keçdiyini təsəvvür etmək çətin olmaz. Amma, Ali Baş Komandanın güclü iradəsi, Azərbaycan ordusunun gücü və Azərbaycan xalqının hər bir fərdinin bir əsgər kimi mübarizə aparması nəticəsində 30 illik ədalətsizliyə son qoyuldu. Artıq ölkəmiz yeni bir dövrə qədəm qoyub. Regionda bir çox reallıqları diqtə edən ölkəyə çevrilib. Ağdam seçiciləri nəzərə almalıdılar ki, onların səs verdikləri namizəd ölkə daxilində, Parlamentdə Ağdamı təmsil etdiyi kimi, dünyada da Azərbaycanı, Qarabağı təmsil edəcək."

Daha sonra Ş.Səfərova seçiciləri öz seçki platforması və planları barədə məlumatlandırıb, onların suallarını cavablandırıb.

Seçicilər bildiriblər ki, özləri və ailə üzvləri seçkidə aktiv iştirak edərək Şəbnəm Səfərovanı dəstəkləməklə yanaşı yaşadıqları kənd və qəsəbələrdə hər biri həm də onun təbliğatçısı olacaq.
Geri dön