Ana Sayfa > Şou-biznes > Elmir Vəlizadə: Azərbaycan regional e-ticarət mərkəzinə çevriləcək

Elmir Vəlizadə: Azərbaycan regional e-ticarət mərkəzinə çevriləcək


28-11-2016, 16:16. Yazar: admin


Azərbaycan regionda elektron ticarət mərkəzinə çevrilməyi nəzərdə tutub.

Bunu Rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

“Hazırda Çin elektron ticarət üzrə dünya nəhəngi hesab edilir. Odur ki, Çindən məhsulların (malların) Azərbaycana gətirilib, buradan digər zəruri istiqamətlərə çatdırılması nəzərdə tutulub.

Artıq ilk belə bir sınaq həyata keçirilib və bu təcrübə çox uğurlu olub. Bu layihə “Silkway” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində reallaşdırılıb”, - deyə E.Vəlizadə əlavə edib.

Qeyd edək ki, “Silkway” karqo aviaşirkəti Çindən məhsulları Azərbaycana çatdırır və daha sonra digər istiqamətlərə yayır.
Geri dön