Ana Sayfa > Parlament / Aia TV > Sumqayıtlılar YAP-ın namizədlərini dəstəkləyir
Sumqayıtlılar YAP-ın namizədlərini dəstəkləyir19-08-2024, 12:47. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hicran Hüseynovanın Sumqayıt şəhər təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları ilə görüşü keçirilib. aia.az yap org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. Çıxışında deputatlığa namizəd Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verərək, partiyanın strateji xəttinin əsaslarını açıqlayıb. Hicran Hüseynova qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti sayəsində Azərbaycan son illərdə böyük inkişaf yolu keçib. Ən əhəmiyyətli nailiyyətlərdən biri isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. O, həmçinin şəhid ailələrinin və qazilərin sosial müdafiəsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin mühüm əhəmiyyətini vurğulayıb. Hicran Hüseynova, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqət və qayğını göstərdiyini deyib, bu sahədə görülən işlərin cəmiyyət üçün əsas prioritetlərdən olduğunu bildirib. H.Hüseynova çıxışının sonunda seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıb. Daha sonra təşviqat qrupunun üzvləri Sahib Şamilov, Zahir Həsənov və digər çıxışçılar qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanaraq, daim xalqın mənafeyini qoruyub və ölkənin siyasi sisteminin aparıcı qüvvəsi kimi fəaliyyət göstərib. Çıxış edənlər, əldə olunmuş uğurların davamlı olması üçün seçiciləri parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar. Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini qeyd edərək, partiyanın mövqeyini dəstəklədiklərini ifadə ediblər. Qeyd edək ki, deputatlığa namizəd Hicran Hüseynova Sumqayıt şəhərində "Azərbaycan Bayrağı" ordenli Sumqayıt Qarabağ Qaziləri İctimai Birliyinin sədr müavini və Vətən müharibəsinin könüllü iştirakçısı Zahir Şamxal oğlu Həsənovu evində ziyarət edib. Geri dön |