Ana Sayfa > Seçki 2024 / Aia TV > YAP-a alternativ qüvvə yoxdur

YAP-a alternativ qüvvə yoxdur


19-08-2024, 12:34. Yazar: sevinc1
YAP-a alternativ qüvvə yoxdur

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin Balakən rayonu, Talalar kənd seçiciləri ilə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev qeyd edib ki, bu gün respublikada Yeni Azərbaycan Partiyasına alternativ olacaq qüvvə yoxdur. Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək seçkilər xalqın YAP-a etimadının növbəti ifadəsi olacaq.

Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın dünyanın nüfuzlu dövlətinə çevrildiyini deyib. O, Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyduğunu diqqətə çatdırıb.

Görüş iştirakçılarından İslambəy Şahverdiyev, Arif Həsənov, Osman Əzizov və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Geri dön