Ana Sayfa > Özəl > İsrail Qəzzada daha bir jurnalisti qətlə yetirib

İsrail Qəzzada daha bir jurnalisti qətlə yetirib


19-08-2024, 11:41. Yazar: sevinc1

İsrail Qəzzada daha bir jurnalisti qətlə yetirib

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir jurnalist həyatını itirib.
İsrail qırğınlarını davam etdirir.
Yerli mətbuatın məlumatına görə, İsrail ordusu dünən Xan Yunisin şimal-qərbində yerləşən Həmed şəhərində növbətçi bir qrup jurnalisti hədəf alıb.

Sözügedən hücumdan sonra fələstinli jurnalist İbrahim Muharibdən xəbər olmayıb.

İtkin düşən Muharibin cansız cəsədi Həməd şəhəri yaxınlığında tapılıb.

Dünən İsrail ordusunun Həmeddə vəzifə yerinə yetirən bir qrup jurnalistə atəş açması nəticəsində fələstinli jurnalist Selma əl-Kaddumi də yaralanıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön