Ana Sayfa > Seçki 2024 > Azər Əmiraslanovun seçicilərlə görüşləri davam edir

Azər Əmiraslanovun seçicilərlə görüşləri davam edir


18-08-2024, 19:00. Yazar: sevinc1
Azər Əmiraslanovun seçicilərlə görüşləri davam edir

Üç kəndin sakini deputatlığa namizədin platmaforması ilə tanış oldu.

aia.az xəbər verir ki, 08 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizəd Azər Əmiraslanov təbliğat və təşqivat kampaniyası çərçivəsində Xətai, Yeni gün və Qaçaq Kərəm kənd sakinləri ilə görüşdü. Öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Deputatın fəaliyyətini əks etdirən tərcümeyi halı səsləndirildikdən sonra, namizəd Azər Əmiraslanov və vəkillərinin çıxışları dinləlindi. Sakinlərin təhsil, yol və digər sosial və aqrar sahədəki müraciətləri isə aidiyyatı üzrə qeydə alındı.
Geri dön