Ana Sayfa > Özəl > İkinci Dünya Müharibəsindən qalma bomba tapıldı: 400-dən çox ev boşaldıldı
İkinci Dünya Müharibəsindən qalma bomba tapıldı: 400-dən çox ev boşaldıldı19-08-2024, 09:15. Yazar: sevinc1 |
Şimali İrlandiyanın Nyutaunards bölgəsində İkinci Dünya Müharibəsinə aid olduğu bildirilən partlayıcı qurğunun tapılması səbəbindən 400-dən çox ev təxliyə edilib. Şimali İrlandiyanın Polis Xidməti cümə günü Nyutaunardsda tikinti işləri zamanı tapılan partlayıcı ilə bağlı yazılı açıqlama verib.Newtownards-dan məsul olan Ards və North Down Bölgəsi Polis rəisi Johnston McDowell verdiyi açıqlamada bomba zərərsizləşdirmə işlərinin davam etdiyini söylədi: "Bu əməliyyatdan 400-dən çox ev təsirləndi". dedi. Təxliyə edilən evlərə göndərilən məktublarda söküntü əməliyyatının 5 gün və ya daha çox davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Ards və North Downs bələdiyyəsinin üzvü Pete Wray açıqlamasında partlayıcının nasist Almaniyası tərəfindən istifadə edildiyini bildirib. Keçən cümə günü tapılan partlayıcı üçün mütəxəssislərin avqustun 17-də bölgəyə gəldiyini ifadə edən Wray, partlayıcının ətrafındakı 400 metr diametrli sahə üçün eyni gün təxliyə qərarının verildiyini ifadə etdi. Wray təxliyyələrin bazar günü edildiyini bildirərkən, boşaldılan evlərin sayının 450 olduğunu da qeyd etdi. aia.az Tərcümə şöbəsi Geri dön |