Ana Sayfa > Seçki 2024 > Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşü keçirib

Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşü keçirib


19-08-2024, 09:00. Yazar: sevinc1
Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşü keçirib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Həsənova Afət Əbil qızının Bakı şəhər Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov dedi ki, Milli Məclisə seçkilər Azərbaycan tarixinə vacib bir səhifə kimi yazılacaq. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz torpaqlarını azad etdi. Bu gün həmin ərazilərdə də seçkilər keçirilir, insanlar ilk dəfə öz doğma yurdlarında parlament seçkilərində səs verir. Artıq Azərbaycanda yeni bir eranın başladığı dövrdür. Daha sonra o, deputatlığa namizəd Afət Həsənova haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Afət Həsənova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır, həmçinin budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.

Afət Həsənova çıxışında həmçinin, fəaliyyəti dövründə vətəndaşların müraciəti əsasında həllini tapmış işlər barəsində seçiciləri məlumatlandırıb, növbəti dəfə deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa, fəaliyyəti dövründə yarım qalmış işləri tamamlamağa çalışacağına söz verib. Namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Görüşdə şəhid Feyzullayev Aydının atası Zakir Feyzullayev və digər sakinlər çıxış edərək fəaliyyəti dövründə vətəndaşların yanında olduğuna görə Afət Həsənovaya öz minnətdarlıqlarını bildirmiş, təklif və müraciətlərini səsləndirmişdilər.

Həmçinin çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Geri dön