Ana Sayfa > Seçki 2024 > YAP-ın namizədlərinə qələbələrin davamı naminə səs verək!

YAP-ın namizədlərinə qələbələrin davamı naminə səs verək!


18-08-2024, 19:14. Yazar: sevinc1
YAP-ın namizədlərinə qələbələrin davamı naminə səs verək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək
növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP)
tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyevanın #Babək rayonunun #Nehrəm qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi
uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Babək rayon təşkilatının sədri İsa Məmmədov çoxsaylı qələbələrin əldə
olunmasında ümumxalq partiyası olan YAP-ın böyük rola malik olduğunu bildirib. İsa Məmmədov bildirib ki, hazırda qarşımızda duran başlıca məqsəd yeni qələbələrə nail olmaqdır!
Vətəndaşları seçki prosesində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

Deputatlığa namizəd Ülviyyə Həmzəyeva YAP-ın seçki platforması barədə məlumat verib. O, Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoyduğunu qeyd edib. Bildirib ki, seçkilərin bütün ölkə ərazisində keçirilməsi müasir dövlətçilik tariximizin qürurverici səhifəsidir.

Görüşlərdə təşviqat qrupunun üzvü Tofiq Abutalıbov və digərləri çıxış edərək seçiciləri
YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər Həsən Nemətov, Abbas Niftəliyev, qazi Rüfət Məmmədov və başqaları çıxış edərək
YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.

Deputatlığa namizəd Ülviyyə Həmzəyeva bir qrup seçicinin o cümlədən 44 günlük Vətən Müharibəsi qazisi Rüfət Məmmədovun müraciətlərini dinləmiş, problemlərinin həll olunması yönündə müvafiq tədbirlər görmüşdür.

Həmin gün Nehrəm qəsəbə mərkəzində
deputatlığa namizəd Ülviyyə Həmzəyeva, YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov,
təşviqat qrupunun üzvləri Tofiq Abutalıbov, İlkin Bağırov, seçicilər Abbas Niftəliyev, Sadiq
Əlibəyli, Rahil İbrahimli, Əmrə İbrahimli ilə birlikdə qəsəbədə Böyük vətən müharibəsi və 44
günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət etmişlər...
Geri dön