Ana Sayfa > Seçki 2024 > Samuxlu seçiciləri də Yeni Azərbaycan Partiyasının namizədinə etimad göstərir.

Samuxlu seçiciləri də Yeni Azərbaycan Partiyasının namizədinə etimad göstərir.


18-08-2024, 19:10. Yazar: sevinc1
Samuxlu seçiciləri də Yeni Azərbaycan Partiyasının namizədinə etimad göstərir.

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı təbliğat–təşviqat kampaniyası çərçivəsində 41 saylı Gəncə - Samux – Goranboy seçki dairəsinin Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Müşfiq Cəfərov növbəti görüşü Samux rayon Lək və Sarıqaya seçiciləriylə baş tutub.

Görüşdən əvvəl Lək kəndinin Şəhidlər Xiyabanı ziyarət edilib, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın məzarına gül dəstəsi qoyulub.

Deputatlığa namizəd Müşfiq Cəfərov görüş zamanı, seçicilərin irəli sürdükləri məsələlər diqqətlə dinləyib və sakinlərə seçki platforması ilə bağlı ətraflı məlumat verib.

Tədbirdə danışan çıxışçılar 44 günlük Vətən Müharibəsində qazanılmış qələbənin məntiqi nəticəsi olan geosiyasi reallıqlarının fonunda beynəlxalq nüfuzu artmaqda olan dövlətimizin yeni mərhələyə qədəm qoymasından, qarşıda duran strateji hədəflərdən, parlament diplomatiyasından, Yeni Azərbaycan Partiyasının hər zaman dövlətimizin, Ulu Öndərin, cənab prezidentin siyasətinə sadiqlik nümayiş etdirməsindən, ölkəmizdə tarixən formalaşmış seçki mədəniyyətindən danışıb.
Sonda Müşfiq Cəfərov qeyd edibki, “ söz verirəm ki, əgər mənə etimad göstərsəniz, Milli Məclisdə səsin olub, sizləri narahat edən məsələlərin həllinə nail olmağa davam edəcəyəm”. Sakinlərinin - ağsaqqalların, ziyalıların, şəhid ailələri və qazilərin iştirakı ilə keçirilən tədbir səmimi və xoş təssüratlarla yadda qalıb.
Geri dön