Ana Sayfa > Manşet / Siyasət / Özəl / Parlament / Aia TV > Deputatlığa namizəd Novruzəli Aslanovun İsmayıllıda seçicilərlə görüşləri böyük ruh yüksəkliyi şəraitində davam edir
Deputatlığa namizəd Novruzəli Aslanovun İsmayıllıda seçicilərlə görüşləri böyük ruh yüksəkliyi şəraitində davam edir18-08-2024, 09:00. Yazar: sevinc1 |
VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 89 saylı Seçki Dairəsindən qeydə alınmış Novruzəli Aslanovun (Novruz Aslan) İsmayıllı rayonunda seçicilərlə görüşləri davam edir. aia.az xəbər verir ki, avqustun 17-də, seçki kampaniyasının doqquzuncu günündə Novruz Aslan təbliğat planına uyğun olaraq İsmayıllının daha dörd kəndində sakinlərlə görüşüb. Günün birinci yarısında seçicilərlə görüş Qurbanəfəndi və Topçu kəndlərində baş tutub. Keçirilən görüşlərdə Novruz Aslan öz platforması barədə seçiciləri ətraflı məlumatlandırıb. Daha sonra deputatlığa namizəd ölkəmizdə gedən möhtəşəm quruculuq işləri, eləcə də Azərbaycanın günü-gündən artan beynəlxalq nüfuzu ilə bağlı fikirlərini səsləndirib. Topçu kəndində keçirilən görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu çıxış edərək Novruz Aslanın İsmayıllı rayonu üçün göstərdiyi xidmətlərindən danışıb. Səmimi şəraitdə keçən görüşlərdə kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. Günün ikinci yarısında deputatlığa namizəd öz komandası ilə birlikdə İsmayıllının Buynuz və Çəmənli kəndlərində seçicilərlə görüş keçirib. Bu görüşlərdə də Novruz Aslan ölkəmizdə vətəndaşların rifah yüksəlişinin təmin olunması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı söhbət açıb. Daha sonra deputatlığa namizəd kənd sakinlərinə öz platforması ilə bağlı detallı açıqlamalar təqdim edib. Seçiciləri qayğılandıran məsələlər səmimi söhbət şəraitində müzakirə olunub. Novruz Aslan səsləndirilən təklif və arzuları qeydə alıb. Qeyd edək təbliğat kampaniyasının doqquzuncu günündə keçirilmiş görüşlərdə 450 nəfərə yaxın sakin iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda doqquz gün ərzində keçirdiyi 34 görüşdə ümumilikdə 3350 nəfər seçici ilə görüşüb. Keçirilən görüşlərdə iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Geri dön |