Ana Sayfa > Seçki 2024 > Aqil Abbas seçicilərlə görüş keçirdi -

Aqil Abbas seçicilərlə görüş keçirdi -


17-08-2024, 15:21. Yazar: sevinc1
Aqil Abbas seçicilərlə görüş keçirdi -

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Sumqayıt Yaşayış massivində məskunlaşan Füzuli rayonundan olan seçicilərlə görüş keçirib.

aia.az xəbər verir ki, Görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aqil Abbas bildirib ki, yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq, seçicilərin bundan sonra da hər zaman səsi olacaq və yenidən namizədliyini irəli sürməsində də məqsədi budur. Biz xalqın xidmətçiləriyik deyən A.Abbas xalqına xidmət göstərməkdən gözəl nə ola bilər ki deyərək bu günə qədər olduğu kimi bundan sonra da hər zaman məhz bu düşüncə ilə seçicilərinə diqqət göstərəcəyini deyib.

Seçicilər çıxış edərək bildiriblər ki, Aqil Abbasa etimadları tamdır. Çünki o deputatlıq fəaliyyəti zamanı daim seçiciləri ilə görüş keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb və onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib. Eyni zamanda Milli Məclisdə onların səsi olaraq layiqli şəkildə təmsil edib.Seçicilər Aqil Abbas ilə görüşün sonunda siz hər zaman bizim yanımızda olduğunuz kimi biz də sizin yanınızdayıq deyiblər.

Deputatlığa namizəd A.Abbas müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb, geniş müzakirələr aparıb.

aia.az
Geri dön