Ana Sayfa > Manşet / Dünya > Ukrayna bir ildir ki, Kurska hücuma hazırlaşırmış
Ukrayna bir ildir ki, Kurska hücuma hazırlaşırmış17-08-2024, 12:04. Yazar: sevinc1 |
Ukrayna bir ildən artıqdır ki, öz Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumuna bənzər əməliyyatı müzakirə edirmiş. aia.az xəbər verir ki, bu barədə "NBC News" yüksək vəzifəli Kiyev rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti bu yolla Ukrayna ordusunun ciddi məğlubiyyətə uğradığı, rus qoşunlarının irəlilədiyi Rusiyanı başqa istiqamətlərdən yayındırmağa çalışıb. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi avqustun 6-da səhər saatlarında Ukrayna hərbçilərinin Kursk vilayətində hücuma keçdiyini açıqlayıb. Departamentin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Oleşnya və Nikolaevo-Daryino yaxınlığındakı rus qoşunlarının mövqelərinə hücum edib. Avqustun 8-də Müdafiə Nazirliyi Kursk vilayətinin Sudjanski və Korenevski rayonlarında döyüşlərin getdiyini bildirib. Avqustun 9-da axşam saatlarında Belqorod, Bryansk və Kursk vilayətlərində antiterror əməliyyatı (CTO) rejimi tətbiq edilib. aia.az Geri dön |