Ana Sayfa > Siyasət / Özəl / Parlament / Qərbi Azərbaycan / Manşet > ƏZİZ ƏLƏKBƏRLİ SEÇİCİLƏRLƏ GÖRÜŞLƏRİ DAVAM ETDİRİR

ƏZİZ ƏLƏKBƏRLİ SEÇİCİLƏRLƏ GÖRÜŞLƏRİ DAVAM ETDİRİR


17-08-2024, 10:40. Yazar: sevinc1

ƏZİZ ƏLƏKBƏRLİ SEÇİCİLƏRLƏ GÖRÜŞLƏRİ DAVAM ETDİRİR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli rayonun Mircəlal, Soltanabad, Çolpu, Nabatkənd, Nəsimikənd və Sımada kəndlərindən olan seçicilərlə görüşü keçirib. Bütün görüşlərin əvvəlcə şəhidlərin abidələrini, məzarlarını və ailələrini ziyarət etməklə başlayan Əziz Ələkbərli bir millət olaraq onların xatirəsinə ehtiram, ailələrinə hörmət borcumuzun olduğunu söyləmişdir.

Görüşlərdə deputatlığa namizəd Əziz Ələkbərli YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə həyata keçirilən təbliğat kampanıyası və seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, parlament seçkiləri ilk dəfədir suveren Azərbaycanın bütün ərazisində keçiriləcək. Bu bizim üçün şərəf və qürurdur, bu qüruru bizə yaşadan Ali Baş Komandanımız və qəhrəman şəhidlərimiz, hərbçilərimizdir. Deputatlığa namizəd daha sonra bildirib ki, hər bir seçicinin mövqeyi YAP və dövlət üçün çox önəmlidir. Çünki vətəndaşın nə istədiyini, necə yaşamaq istədiyini dövlət və hakimiyyət bilməli, öz gələcək planlarını bu istiqamətdə qurmalıdır. Bu mənada qanunverici orqan kimi Milli Məclisin üzərinə böyük vəzifə düşür. Deputat kimi fəaliyyətində daim milli maraqlara üstünlük verdiyini bildirən deputatlığa namizəd , etimad göstəriləcəyi təqdirdə seçicilərin istək və arzularını reallaşdırmaq üçün var gücü ilə çalışacağını bildirib.

Görüşdə çıxış edən seçicilər Əziz Ələkbərliyə inandıqlarını bildirərək, VI çağırış Milli Məclisin deputatı olduğu dönəmdə fəaliyyətindən razı qaldıqlarını, növbət seçkidə də ona etimad göstərəcəklərini qeyd ediblər.











Geri dön