Ana Sayfa > Dünya > Sudanda 300 nəfərdən çox insan vəba xəstəliyindən öldü

Sudanda 300 nəfərdən çox insan vəba xəstəliyindən öldü


16-08-2024, 21:34. Yazar: sevinc1
Sudanda 300 nəfərdən çox insan vəba xəstəliyindən öldü

Sudanda baş vermiş vətəndaş müharibəsinin səbəb olduğu humanitar böhran vəba infeksiyasının yayılmasına səbəb olub.

aia.az “Reuters”a istinadla xəbər verir ki, xəstəlik 300-dən çox insanın həlak olmasına səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris mətbuat konfransında bildirib ki, vəbaya 11327 yoluxma halı qeydə alınıb, onlardan 316-sı ölümlə nəticələnib. O qeyd edib ki, ölkədə, həmçinin denge qızdırması və meningitə yoluxma hallarının sayı artır.

aia.az
Geri dön