Ana Sayfa > Siyasət > “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb -

“Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb -


16-08-2024, 20:30. Yazar: sevinc1
“Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb -

Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb.

aia.az xəbər verir ki, bu barədə avqustun 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin altıncı iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev bildirib.

S.Nuriyev noyabrın 12-13-də keçiriləcək Liderlər Sammitinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflərinə dəvətlər ilə bağlı tam inklüzivliyin təmin edildiyini də qeyd edib.

aia.az
Geri dön